CƏMİYYƏT


“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar keçirilib

Bakı, 22 avqust, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə “Təmiz hava” aylığı ilə bağlı növbəti aksiyaları Nərimanov və Nəsimi rayonlarında keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindın AZƏRTAC-a bildiriblər ki, keçirilən birgə tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.

“Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.