CƏMİYYƏT


“Təmiz hövzələr” aksiyası çərçivəsində Su Nəqliyyatında Polis İdarəsi ilə birgə reyd keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Su bioresurslarının mühafizəsi, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri və “Təmiz hövzələr” aksiyası çərçivəsində Abşeron Milli Parkının su ərazisində Su Nəqliyyatında Polis İdarəsinin və milli parkın əməkdaşları tərəfindən birgə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı ərazidə sənaye balıq ovu ilə məşğul olan subyektlərə Balıqçılıq haqqında və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında ölkə qanunvericiliyinin tələbləri izah olunub və bu tələblərə riayət olunması üçün xəbərdarlıq edilib.

Analoji birgə nəzarət tədbirləri ölkə ərazisindəki digər xüsusi mühafizə olunan təbiət ərazilərində də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.