CƏMİYYƏT


“Təmiz şəhər” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 12 yanvar, AZƏRTAC

Paytaxtın Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsi çərçivəsində “Təmiz şəhər” mövzusunda rəsm müsabiqəsinin son turu keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilib.

“Təmiz şəhər” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Aydan Həsənzadə birinci, Cəmilə Rəcəbova ikinci, Nəsrin Həsənli üçüncü yeri tutublar. Müsabiqənin qaliblərinə diplom və xatirə hədiyyələri, digər iştirakçılara isə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.