CƏMİYYƏT


Təmiz səma, sağlam həyat, avtomobilsiz həftəsonu

Bakı, 14 iyun, AZƏRTAC

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Təmiz səma, sağlam həyat, avtomobilsiz həftəsonu” devizi altında “Sürəyənlər” velosiped qrupu Abşeron Milli Parkına yürüş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Milli Parkının və “Sürəyənlər” velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş Gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda, ekoloji turizmi təbliğ̆ etməkdir.

Həftəsonunu Abşeron Milli Parkında keçirilən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir. Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.