İDMAN


Təmsilçilərimiz aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında mübarizə aparıblar

Bakı, 17 iyun, AZƏRTAC

Portuqaliyanın Qimarayeş şəhərində aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda təmsilçilərimiz Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımova, üçlük, Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımova isə qrup yarışlarında qüvvələrini sınayıblar.

Yarışda ən yaxşı nəticəni qrupumuz göstərib. Belə ki, komandamızın üzvləri 13-cü pillədə qərarlaşıblar. Fərdi növdə çıxış edən Məryəm Topçubaşeva isə 14-cü olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.