İDMAN


Təmsilçilərimiz vodokay karate üzrə Avropa kubokunda uğurla çıxış ediblər

Bakı, 8 noyabr, AZƏRTAC

Karateçilərimiz Macarıstanın Monor şəhərində vodokay karate üzrə 47-ci Avropa Kubokunda uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, idmançılarımız fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 1 bürünc medal, komanda turnirində isə qızıl medal qazanıblar.

Belə ki, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərlik etdiyi komanda üzvləri, “Cüdo klub 2012”nin yetirmələri Musa Məmmədov (14-15 yaşlı yeniyetmələr, 63 kiloqram) və Fərid Ağayev (16-17 yaşlı gənclər, 76 kiloqram) yarışın qalibi olub. Rəsul Abbasov (14-15 yaşlı yeniyetmələr, 57 kiloqram), Abbas Dadaşov (16-17 yaşlı gənclər, 68 kiloqram) və Adil Quliyev (16-17 yaşlı gənclər, 76 kiloqram) ikinci, Kənan Babayev (16-17 yaşlı gənclər, 68 kiloqram) isə üçüncü yeri tutublar.

Baş məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında Fərid Ağayev, İlknur Elmuradov, Abbas Dadaşov və Kənan Babayevdən ibarət milli yığma isə komanda turnirinin qızıl medalını qazanıb. Karateçilər Macarıstanı 2:0, İtaliya və Şotlandiyanı 2:1, final görüşündə isə almaniyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Hakimlərimizdən Vidadi Mahmudov nüfuzlu yarışın referilərindən olub. Avropa Kuboku uğrunda 15 ölkədən 600-dən artıq karateçi mübarizə aparıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.