DÜNYA
Temza çayında yaşı 5 min il əvvələ aid edilən insan sümüyü tapılıb
London, 17 fevral, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londondan keçən Temza çayında yaşı 5 min il əvvələ aid insan sümüyü tapılıb.
AZƏRTAC xəbər verir ki, Simon Hant Temza çayında avar çəkərkən çay yatağında insan bud sümüyü taparaq polisə təhvil verib. Polis sümüyü laboratoriya müayinəsi üçün göndərdikdən sonra tədqiqatçılar onun eramızdan əvvəl 3516-3365-ci illərə aid olduğunu təxmin ediblər.
Bu, həm eramızdan əvvəl 3000-ci ildə Britaniyada tikilmiş Stounhenc, həm də Misirdəki Qiza piramidalarından daha qədim olması anlamına gəlir. Tədqiqatçılar sümüyün aid olduğu adamın boyunun təxminən 1.70 santimetr olduğunu bildiriblər. Lakin onlar həmin şəxsin kişi və ya qadın olduğunu söyləmənin mümkün olmadığını qeyd ediblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]