DÜNYA


“Tencent” kapitallaşma həcminə görə “Facebook”u üstələyib

Bakı, 28 iyul, AZƏRTAC

Çinin “Tencent” internet nəhəngi bazar kapitallaşması həcminə görə Amerikanın “Facebook” kompaniyasını qabaqlayıb.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, Asiyanın ən iri kompaniyası olan “Tencent” bu göstəriciyə görə dünyada yeddinci yerə yüksəlib.

İyulun 28-də Honkonq fond birjasında keçirilən hərracın gedişində “Tencent” aksiyası bahalaşaraq 544,50 Honkonq dollarına yüksəlib (4,7 faiz) və kompaniyanın bazar dəyərini 670 milyard dollara çatdırıb. “Facebook” kompaniyasında isə bu göstərici 657,83 milyard dollar təşkil edir.

Qəzetin məlumatına görə, iki həftə bundan öncə “Facebook” kapitallaşma həcminə görə digər Çinin elektron ticarət sahəsinin lideri – 673 milyard dollarlıq kapitallaşma həcminə malik “Alibaba” kompaniyasını geridə qoymuşdu.

Qeyd edək ki, əsası 1998-ci ildə qoyulan “Tencent” kompaniyası oyun əlavələrinin, sosial şəbəkələrin, musiqi və veb portallarının, elektron kommersiya vasitələrinin, bulud məlumat bazalarının və bu kimi bir çox xidmətlərin hazırlanması və satışı ilə məşğul olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.