SİYASƏT


Tengiz Txilava: Livan erməniləri bilməlidirlər ki, Ermənistan onlardan öz təxribatçı məqsədləri üçün istifadə edəcək

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Azərbaycanın işğal olunmuş ərazilərinə Livan ermənilərinin süni şəkildə köçürülməsi həmin ərazilərin demoqrafik vəziyyətini dəyişdirmək məqsədi daşıyır.

Bu sözləri AZƏRTAC –a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.

Politoloq deyib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququn normalarını pozub və bu, indi də davam edir. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda Livan ermənilərinin qanunsuz məkunlaşdırma siyasətinin əsas məqsədlərindən biri də işğalın nəticələrini möhkəmləndirməkdir. Rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən Ermənistandan daha güclüdür. Biz həm 2016-cı ilin Aprel döyüşləri, həm də bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı bunun şahidi olduq.

Siyasi ekspertin sözlərinə görə, işğalçı Ermənistanın məqsədi Azərbaycan torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirməkdir. Ermənistan bu cəhdləri ilə həm də Dağlıq Qarabağda ermənilərin sayını artırmağı və daha sonra onlarla spekulyasiya etməyi hədəfləyib. Suriya və Livanda hərbi əməliyyatlar davam edir. Dağlıq Qarabağa köçürülmə yerli ermənilər üçün xilas ola bilər. Amma onlar bilməlidirlər ki, Ermənistan bu dinc insanlardan öz təxribatçı məqsədləri üçün istifadə edəcək. Ermənistan unutmamalıdır ki, gec və ya tez işğal etdiyi əraziləri geri qaytarmalı olacaq”.

T.Txilava qeyd edib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə kəskin şəkildə münasibət göstərilməməsi təəssüf doğurur. İndiki vəziyyət beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi beynəlxalq təşkilatlarda, xüsusilə də münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərində dərin narahatlıq hissi yaratmalıdır. Vasitəçilər rəsmi Yerevanın danışıqların mahiyyətinə zidd və bölgədə sülh və təhlükəsizlik üçün təhdid olan bu cür hərəkətlərinə qətiyyətlə mane olmalıdırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.