CƏMİYYƏT


Tənha ahıl və əlilliyi olan şəxslərdən ibarət 10,8 min nəfərə evlərində sosial-məişət xidməti göstərilir

Bakı, 24 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrinin sosial işçiləri tərəfindən hazırda 10784 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmət göstərilən şəxslərdən 78 faizi yaşı 70-dən çox olan, yəni ahıl şəxslər, qalanları isə əlilliyi olan insanlardır. Həmçinin evlərində sosial-məişət xidməti göstərilənlərin 80 faizdən çoxu qadınlardır.

Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial işçilər tərəfindən evdə (səyyar) sosial xidmətin göstərilməsi təmin edilir. Sosial işçilər həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.