DÜNYA


Tennessi ştatının sakini itinə 5 milyon dollar miras qoyub

Bakı, 13 fevral, AZƏRTAC

Amerikalı biznesmen Bill Dorris border-kolli cinsindən olan Lulu adlı itinə böyük məbləğdə miras qoyub.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Tennessi ştatının Neşvill şəhərindən olan sahibkar sevimli itinə 5 milyon dollara yaxın pul vəsiyyət edib. Bill Dorrisin həyat yoldaşı və uşaqları olmayıb və o, öz itini çox sevirdi. Vəsiyyətnaməyə əsasən, həmin vəsait Lulunun adına olan etibarnamə hesabına köçürüləcək.

Səkkiz yaşlı itə mərhumun rəfiqəsi Marta Berton baxacaq və o, buna görə aylıq məvacib alacaq.

Sahibkarın, habelə konfederativ ordunun generalı Nataniel Bedford Forrestin abidəsinin yerləşdiyi torpaq sahəsi də var. Avtomobil şosesi yaxınlığındakı bu torpağın və abidənin aqibəti isə miras məhkəməsində həll olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.