İDMAN


Tennisçilər üzrə qız cütlüklərin yarışında yarımfinalçılar müəyyənləşib

Bakı, 24 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının dördüncü günündə - iyulun 24-də qızlar arasında cütlüklərin mübarizəsində yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakov dueti rumıniyalı Anko Todoni/Alexandra-Maria Petriçi cütlüyünə 2:0 (6:4,6:1) hesabı ilə qalib gəlib. Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova cütlüyü isə İspaniya tennisçiləri Karolina Qomez/Rakel Qonzales üzərində qələbə qazanıb - 2:0 (6:3, 6:2). Dörddəbir finalın digər qarşılaşmalarında belçikalı Hanne Vandevinkel/Juliet Bovi dueti fransalı Ouşen Babel/Maelle Lekler cütünə 2:1 (6:3, 3:6, 10:7) hesabı ilə qalib gəlib. Sonuncu qarşılaşmada isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü Bolqarıstan idmançıları Katerina Dimitrova/Stela Peevadan duetini mübarizədən kənarlaşdırıb - 2:1 (3:6, 6:2, 10:8).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.