ELM VƏ TƏHSİL


Təqaüdlərin artırılması doktorant və tələbələri ruhlandırır

Bakı, 18 fevral, AZƏRTAC

Ölkəmizdə elmə, təhsilə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin doktorantların və tələbələrin təqaüdlərinin artırılması barədə sərəncamları böyük sevinc hissi doğurur.

Bu sözləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva AZƏRTAC-a müsahibəsində deyib. Qeyd edib ki, elmə, təhsilə göstərilən qayğının əyani təzahürü olan bu sərəncamlar doktorant və tələbələri yüksək nailiyyətlər qazanmağa həvəsləndirəcək.

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan dekan müavini Azərbaycanda bütün sahələrin, o cümlədən elmin, təhsilin inkişaf etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.