CƏMİYYƏT


Təqsirli şəxs qismində saxlanılan şəxsin Göygöldə gizlətdiyi tapança və süngü-bıçaq aşkarlanıb

Bakı, 1 aprel, AZƏRTAC 

Təqsirli şəxs qismində saxlanılan şəxsin Göygöl rayonu ərazisində tapança və 1 ədəd süngü-bıçaq gizlətdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.