CƏMİYYƏT


Terapevt: Vitaminləri əldə etməyin ən məsləhətli yolu mövsümi meyvələrdir

Terapevt: Vitaminləri əldə etməyin ən məsləhətli yolu mövsümi meyvələrdir

Bakı, 9 dekabr, AZƏRTAC

Son aylarda Kliniki Tibbi Mərkəzə halsızlıq, öskürək, burun axması kimi problemlərlə bağlı müraciət edənlərin sayı artıb. Bunun da səbəbi mövsümi influenza virusudur.

Bunu AZƏRTAC-a müsahibəsində Kliniki Tibbi Mərkəzin terapevti Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, bu xəstəlik insanların sıx toplaşdığı məkanlarda daha tez yayılır. Uzunmüddətli xroniki xəstəliklər, şəkərli diabet, ürək-damar problemləri, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkən insanlarda, eyni zamanda, yaşı 60-dan yuxarı şəxslərdə xəstəliyin ən ağır forması olan pnevmoniya müşahidə oluna bilər.

“Ümumiyyətlə, bir çox virus infeksiyalarından qorunmaq üçün immun sistemini yüksəltmək lazımdır. Bunun üçün əlavə vitamin dəstəyi almaq tövsiyə olunur. Bu vitaminləri əldə etməyin ən məsləhətli yolu isə mövsümi meyvələrdir. İnsanlar qida rasionuna mövsümi meyvələri əlavə etməlidir.

Eyni zamanda, gün ərzində orqanizmin protein qəbulu da vacibdir. Qırmızı ət, toyuq əti və hazırda mövsümü olan balıq kimi qidalar bədənin protein ehtiyacını təmin edir”, - deyə həkim bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.