ELM VƏ TƏHSİL


Tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə başlanılır

Bakı, 30 sentyabr, AZƏRTAC

İnternat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vakansiya seçimi oktyabrın 3-ü saat 11:00-dək davam edəcək.

Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 yer seçə bilərlər.

Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.