MƏDƏNİYYƏT


Tərcümə Mərkəzi “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı videoçarx hazırlayıb

Bakı, 6 dekabr, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzi XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx hazırlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq internet məkanında Azərbaycan, ingilis və rus dillərində yayımlanması nəzərdə tutulan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. (https://www.youtube.com/watch?v=FDzjPMSmq-k&t=3s )

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.