MƏDƏNİYYƏT


Tərcümə Mərkəzi peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarını davam etdirir VİDEO

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarına qeydiyyat davam edir.

AZƏRTAC xəbər verir ki, turlar xarici dillər və sahələr (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək mərkəzin [email protected] ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilə bilər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV

Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir; turlarda iştirak ödənişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.