MƏDƏNİYYƏT


Tərcümə Mərkəzinin yeni nəşri - “Xalq qəhrəmanlıq eposu”

Bakı, 19 oktyabr, AZƏRTAC

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yeni nəşr alman və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı – “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat mənbəyidir.

Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Etimad Başkeçid tərəfindən dilimizə tərcümə edilən kitaba ön sözün müəllifi akademik Muxtar İmanovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.