ELM VƏ TƏHSİL


“Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” layihəsi çərçivəsində təlimlər

Bakı, 16 may, AZƏRTAC

Təhsil Nazirliyi ilə Azərbaycan Dillər Universitetinin (ADU) birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlərin beynəlxalq akademik mübadilə” (THBAM) layihəsi çərçivəsində növbəti silsilə təlimlər keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Fransanın Strasburq Universitetinin əməkdaşı Echkart Hötzel və Türkiyənin Atılım Universitetinin əməkdaşı Ayfer Altayın iştirakı ilə keçirilən təlimlərdə German, roman və tərcümə kafedrasının müəllimləri qarşılıqlı müzakirələr aparıblar.

Təlim ingilis, alman və fransız dillərində keçirilib. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan və iş fəaliyyətlərini gələcəkdə bu istiqamətdə davam etdirmək istəyən təlim iştirakçıları peşəkar məsləhətlərdən faydalanaraq, praktik və nəzəri dərs metodları ilə ətraflı tanış olublar.

Tədbirin sonunda iştirakçılara sertifikat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.