CƏMİYYƏT


Tərəvəz, meyvə, qoz-fındıq, lobya və balıq revmatoid artriti olan insanlar üçün faydalıdır

Bakı, 5 aprel, AZƏRTAC

Revmatoid artrit iltihablı artrit növü olduğu üçün iltihabı ağırlaşdıran məhsullardan imtina etmək tövsiyə edilir.

AZƏRTAC “MedikForum”a istinadla bildirir ki, mütəxəssislər bu xəstəlikdən əziyyət çəkənlərə mümkün qədər emal edilməmiş məhsullara üstünlük verməyi tövsiyə edir.

Amerikanın Artrit Fondu tərəvəz, meyvə, qoz-fındıq, lobya və balıq ilə zəngin pəhrizin revmatoid artritdən əziyyət çəkən insanlar üçün faydalı olduğunu ehtimal edir. Bu pəhrizə, həmçinin balıq yağı, qoz, toyuq əti, müxtəlif ədviyyatlar, xüsusilə zəncəfil və karri əlavə edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.