İQTİSADİYYAT


Tərəvəzçilik İnstitutunun bazasında tərəvəz toxumu ilə bağlı şəhərcik salınır

Bakı, 7 avqust, AZƏRTAC 

Tərəvəzçilik İnstitutunun bazasında tərəvəz toxumu ilə bağlı şəhərcik salınır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, ölkədə bütün növ toxumlara tələbat var. Respublika ən çox taxılçılıq sahəsində bitki sortlarını ilə özünü təmin edə bilir. Bu təqribən 60 faiz təşkil edir: “Tərəvəzçilik İnstitutunun bazasında 6 hektar örtülü, 30 hektar isə açıq sahədə böyük bir şəhərcik salınır, bunun da nəticəsində ölkədə tərəvəz toxumuna olan tələbatın 100 faiz ödənilməsi nəzərdə tutulur”.

İ.Quliyevin sözlərinə görə, kartof toxumu ilə bağlı tədbirlər də həyata keçirilir. Ölkəmizi xəstəliyə davamlı kartof toxumu ilə təmin etmək üçün həmin institutun bazasında böyük kartofçuluq üzrə toxumçuluq təsərrüfatı yaradılır. Əsas məqsəd respublikanın toxuma olan tələbatını daxili imkanlar hesabına ödəməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.