REGİONLAR


Tərəvəzçilik bölgələrində monitorinqlər aparılır

Bakı, 20 iyul, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər.

Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib, buna baxmayaraq fermerlər arasında maariflənmə işləri aparılıb. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, Xaçmaz rayonun sahələrindən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hazırda pomidor məhsulları yetişmə fazasındadır.

Monitorinq və maarifləndirmə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.