DÜNYA


Tereza Mey: Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm

London, 16 noyabr, AZƏRTAC

İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı razılaşma layihəsi Londonda siyasi böhrana səbəb olub. Layihə müqaviləsində Böyük Britaniyanın Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcəyi, keçid dövründə azad hərəkətin sona çatması və “vahid gömrük zonasının yaradılması” nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey gün boyu etdiyi açıqlamalarında razılaşma layihəsini müdafiə etsə də, ən böyük reaksiyanı rəhbəri olduğu Mühafizəkarlar partiyası göstərib. Belə ki, Dominik Raab və Ester Makveyin istefasından sonra Baş nazir mətbuat konfransı təşkil edib.

Bildirib ki, razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünür. Həmçinin qeyd edib ki, bu müqavilə ilə İngiltərə sərhədlərini yenidən yoxlamağa, pullarını geri götürməyə və Avropa İttifaqının ümumi balıqçılıq və kənd təsərrüfatı siyasətindən çıxmağa nail olacaq.

Qeyd edək ki, bu gün İngilis funt sterlinqi ABŞ dollarına qarşı 1,28 səviyyəsinə düşüb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.