DÜNYA
Tereza Mey ilə Angela Merkel Brexitin tarixinin başqa vaxta təyin edilməsi məsələsini müzakirə ediblər
London, 9 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey Almaniya Kansleri Angela Merkel ilə Berlində görüşüb.
AZƏRTAC Böyük Britaniya hökuməti başçısının dəftərxanasının yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə Baş nazir ilə Kansler Brexitin tarixinin başqa vaxta təyin edilməsi məsələsini müzakirə ediblər. Liderlər həmin tarixin iyunun 30-dək uzadılması ətrafında fikir mübadiləsi aparıblar.
Bildirilir ki, Baş nazir Tereza Mey Kanslerə Brexitin uğurla başa çatdırılması prosesi istiqamətində Böyük Britaniya hökumətinin atdığı addımlar, habelə müxalifət partiyası ilə davam edən danışıqlar barədə məlumat verib. Onlar Böyük Britaniyanın Aİ-dən müntəzəm olaraq çıxışının təmin edilməsinin vacibliyi barədə razılığa gəliblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London