DÜNYA
Tereza Mey istefasını elan edib
Bakı, 24 may, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu addımı atmağa onu partiya yoldaşları, o cümlədən Tereza Meyin Brexit üzrə yenilənmiş sazişindən narazı qalan Nazirlər Kabinetinin üzvləri məcbur edib.
Bu, o deməkdir ki, Tereza Mey, eyni zamanda, ölkənin baş naziri postunu da tərk etməlidir. Lakin o, iyun ayının əvvəlində Böyük Britaniyaya dövlət səfərinə gələcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan tapacaq.
Mühafizəkarlar partiyasının yeni liderinin seçilməsi prosesi rəsmən iyunun 7-dən sonra başlayacaq. Britaniyanın sabiq xarici işlər naziri Boris Conson artıq bu posta namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. İcmalar Palatasının sabiq lideri Andrea Lidsom da belə imkanı nəzərdən keçirir. Ölkənin xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid potensial namizədlər arasındadır.
Kabinetin yeni rəhbəri seçilənədək Tereza Mey baş nazir səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. Bu proses adətən 6 həftəyə yaxın davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]