DÜNYA


Tereza Mey növbədənkənar seçkilər elan etməsinə peşman deyil

Bakı, 3 iyun, AZƏRTAC

Son həftələr hakim partiyanın reytinqinin xeyli aşağı düşməsinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. O, bunu birbaşa olmayan teledebat zamanı bildirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son rəy sorğularının nəticələrinə əsasən, “torilər” perspektivdə İcmalar Palatasında hakim çoxluğu itirməklə qarşılaşa bilər.

“Siz seçkiləri partiyanın rifahı naminə keçirirsiniz, amma bu, sizin əleyhinizə yönələcək”, - deyə diskussiya iştirakçısı yerindən səslənib.

“Yox, - Mey onun sözünü kəsib. – Mən hesab edirəm ki, Britaniya xalqının “brexit” məsələsi üzrə danışıqları aparacaq lider qismində görmək istədiyi şəxsi müəyyənləşdirmək üçün səs hüququ olmalıdır. Mən ümumi seçkilərə buna görə çağırmışam”.

Baş nazir əmin olduğunu deyib ki, Avropa İttifaqı ilə yaxşı sövdələşməyə nail ola biləcək.

Sonra səhnəyə Leyboristlər partiyasının lideri Ceremi Korbin çıxıb. Ona belə bir sual ünvanlanıb: “Britaniyalılar “brexit” üzrə danışıqlarda nə üçün sizə və sizin silahdaşlarınıza etibar etməlidir?”. Korbin suala cavabında deyib: “Biz dəqiq bilirik ki, “brexit” nədir. Referendum keçirilib. Qərar qəbul olunub. Biz Avropa İttifaqını tərk edirik. Bizim təcrübəli insanlardan ibarət əla komandamız var. Keyr Starmer ölkədə ən aparıcı hüquqşünaslardan biridir. Mən hesab edirəm ki, “brexit” danışıqlarını bu məsələ ilə məşğul olanların hamısından çox ona etibar etmək olar”.

Xatırladaq ki, Böyük Britaniyada növbədənkənar parlament seçkiləri iyunun 8-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.