DÜNYA


Tereza Meyi öldürmək istəyən şəxs ömürlük həbs cəzasına məhkum edilib

Bakı, 31 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Meyi ölümlə hədələyən Naimur Zəkəriyyə Rəhman azı 30 il həbsxanada yatmaqla, ömürlük həbs cəzasına məhkum edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar İngiltərənin “Old Bailey” cinayət məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə Banqladeş əsilli Böyük Britaniya vətəndaşı Zəkəriyyə Rəhmanı Londonda son məqsədi Britaniya hökuməti rəhbərinin qətlə yetirilməsi olan terror aktı hazırlamaqda günahkar bilib.

İttiham tərəfinin məhkəmə dinləmələri zamanı məlum olub ki, Rəhman çantada gizlədilmiş partlayıcı qurğunu baş nazirin iqamətgahının (Dauninq-strit) girişində işə salmağı nəzərdə tutub. Bundan sonra isə partlayış nəticəsində yarana biləcək qarışıqlıqdan istifadə edib iqamətgaha yetişməyi, Tereza Meyə hücum edərək, bədəninə bağladığı partlayıcını işə salmağı planlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.