ELM VƏ TƏHSİL


Tərlan Məmmədzadə: Hackathon yarışında tapşırıqlar üzərində işləmək üçün əlverişli şərait yaradılıb

Bakı, 19 oktyabr, AZƏRTAC 

“NASA Space Apps Azerbaijan” hackathonunda ölkənin müxtəlif dövlət qurumu və təşkilatlarından, özəl şirkətlərdən və təhsil müəssisələrindən 50-dək komanda qeydiyyatdan keçib. Onların sırasında hackathon sahəsində spesifik təcrübə ilə yanaşı, texniki, mühəndislik və riyazi biliklərə malik potensiallı və motivasiyalı gənclərdən ibarət 25 komanda olmaqla ümumilikdə 100 nəfər iştirak hüququ qazanıb.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərkosmos” ASC-nin Tədqiqat və inkişaf mərkəzinin direktoru, “NASA Space Apps Azerbaijan” layihəsinin rəhbəri Tərlan Məmmədzadə deyib.

O bildirib ki, hackathon yarışında komandalara verilən tapşırıqlar üzərində işləmək üçün əlverişli şərait və komfortlu zona yaradılıb. Oktyabrın 20-də keçiriləcək finalda komandalar hazırladıqları nəticələri yerli və beynəlxalq üzvlərdən ibarət jüri qarşısında nümayiş etdirəcəklər.

“Hackathonun Azərbaycanda keçirilməsinin məqsədi Yeri və kosmosu anlamaq təcrübəsini qazanmaq, planetdə baş verən iqlim dəyişikləri və onların canlı aləmə təsirini araşdırmaqdır. Eyni zamanda, kosmik sahənin tədqiqində Azərbaycan gənclərinin potensialını üzə çıxarmaqdır. Yarış həmfikir komanda yoldaşını tapmaq və “hacking” bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçılar əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcəklər”, - deyə Tərlan Məmmədzadə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.