SİYASƏT


Terror aktları Azərbaycan xalqını öz haqq işindən heç vaxt çəkindirməyib - Vahid Novruzov

Terror aktları Azərbaycan xalqını öz haqq işindən heç vaxt çəkindirməyib -  Vahid Novruzov

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədən, xalqımızın müstəqilliyi, ərazi bütövlüyünün qorunması istiqamətində Prezidentimizin həyata keçirdiyi siyasətin uğurlarını həzm edə bilməyən bədxahlar öz layiqli cavablarını alacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, professor Vahid Novruzov İranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktına münasibət bildirərkən deyib.

V.Novruzov qeyd edib: “Onlar qarayaxmadan, riyakarlıqdan, satqınlıqdan başqa yolları qalmadıqda belə vəhşiliyə qol qoyublar. Ar olsun terrorçulara və onların himayədarlarına! Azərbaycan xalqını bu cür alçaqlıqlar və terror aktları heç vaxt öz haqq işindən çəkindirməyib və çəkindirməyəcək. Çünki biz özümüzün ləyaqətini və birliyini qoruyan xalqıq. Düşmənlər tam əmin olsunlar ki, belə təxribatlar törətməklə xalqımızın dövlətlə sıx birliyini, ölkəmizin qüdrətlənməsi istiqamətində fəallığımızı daha da gücləndirirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.