CƏMİYYƏT


“Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı-100” adlı “dəyirmi masa”nın materialları nəşr olunub

Bakı, 7 dekabr, AZƏRTAC

“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Bakı şəhərində keçirilmiş beynəlxalq konfransların materialları bir yerə toplanaraq nəşr olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məruzələrin ümumi ortaq mövzuya həsr edildiyini və bir-biri ilə əlaqəsini diqqətə çatdırmaq, eləcə də onların daha rahat və asan qavranılmasına nail olmaq məqsədilə nəşrin redaktorları ənənəvi “konfrans materialları” deyil, “dəyirmi masa” modelinə üstünlük veriblər. Bu “dəyirmi masa”nın materialları yaxın vaxtlarda ingilis və rus dillərinə də tərcümə edilərək nəşr olunacaq. Terror multikulturalizmə qarşı layihəsinin ideya müəllifi və rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorları professor Solmaz Rüstəmova-Tohidi, professor Həcər Verdiyeva, dosent Nigar Gözəlova və məsul katibi fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovdur.

Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir. Bu siyasət tarixi inkişaf yolu keçərək, irqi və konfessional-etnik zəmində dünyadakı münaqişələrə qarşı çıxaraq dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. XX əsr qorxu və zorakılıq daşıyıcısı olan erməni terrorizminin partlayışları ilə yadda qalıb. Öz ağlasığmaz arzularını - Şərqi Anadoluda erməni dövlətçiliyinin formalaşdırılmasını həyata keçirə bilməyən erməni millətçiləri 1918-ci ilin yazında Cənubi Qafqazda və Mərkəzi Asiyada milli və dini zəmində on minlərlə günahsız insanı məhv ediblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci ilin yanvarında Sərəncam imzalayıb. Daha sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib. Bu Sərəncama əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bir sıra tədbirlər təşkil edib.

Bütövlükdə, BBMM Azərbaycan xalıqının çoxəsrlik ənənələri və mədəni–mənəvi dəyərlərinə əsaslanaraq, erməni terroruna qarşı yönəlmiş ciddi layihələr həyata keçirir. Təkcə Azərbaycanın elmi və ictimai-siyasi həyatında deyil, zorakılığa və terrora qarşı çıxış edən digər ölkələrdə də əhəmiyyətli hadisəyə çevrilmiş “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində iki dəfə beynəlxalq elmi konfrans keçirilib. 2015-ci və 2018-ci illərdə baş tutan I və II beynəlxalq elmi konfranslarda müxtəlif ölkələrin elmi mərkəzlərinin nümayəndələri iştirak ediblər. Tarixçi, hüquqşünas, dinşünas, ədəbiyyatşünas alimlər Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa və Almaniyanın arxiv sənədlərinə istinad edərək terror hadisələrinin, konkret olaraq erməni terrorizminin köklərini və səbəblərini araşdırmaqla bu siyasi-hərbi təhdidin qarşısının alınması üçün onunla beynəlxalq səviyyədə mübarizənin zəruriliyi nəticəsinə gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.