DÜNYA
Terrorçu Almaniyadan Livana deportasiya edilib
Berlin, 6 avqust, AZƏRTAC
Almaniyada həbsxanada saxlanılan təhlükəli bir terrorçu bu günlərdə şəxsi təyyarə ilə Beyruta deportasiya edilib. Hakimiyyət orqanları bu barədə yalnız bu gün məlumat veriblər.
AZƏRTAC xəbər verir ki, Yusif Məhəmməd əl-Xadib ad-soyadlı bu terrorçu 2006-cı ildə Köln şəhərinin mərkəzi vağzalında iki qatarı partlatmağa cəhd göstərib. O vaxt çamadanlarda yerləşdirilmiş bombalar xoşbəxt bir təsadüf nəticəsində partlamayıb.
Ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu 14 ildən sonra mənşə ölkəsinə göndərilib. Almaniya ilə Livan arasında müntəzəm hava reysləri olmadığına görə, onun şəxsi təyyarədə deportasiya edilməsi təqribən 20 min avroya başa gəlib.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin altı ayı ərzində ölkədən 5667 nəfər, o cümlədən 30 terrorçu deportasiya edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin