DÜNYA
Terrorçuların Türkiyə sərhədinə hücumu nəticəsində bir türk əsgəri şəhid olub
İstanbul, 16 avqust, AZƏRTAC
Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsinə terrorçular tərəfindən edilən hücum nəticəsində bir türk əsgəri şəhid olub, dörd hərbçi yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şanlıurfa valisi Salih Ayhan bildirib.
Hadisə Şanlıurfanın Birecik rayonunda baş verib.
Hücuma lazımi qarşılığın verildiyini bildirən vali yaralı əsgərlərin vəziyyətinin qənaətbəxş olduğunu deyib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən hadisə ilə bağlı açıqlama verilib.
Bildirilib ki, terrorçular tərəfindən türk əsgərlərinə qarşı minaatanla hücum edilib. Bölgədə aşkarlanan hədəflər dəqiq atəşlə dərhal vurulub. İlkin məlumata görə, 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]