“Tərsinə çevrilən dünya” bədii filminin təqdimatı olmuşdur
AzerTAg.az
Bakı, 4 noyabr (AZƏRTAC). Beynəlxalq Muğam Mərkəzində Xalq Yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında ekranlaşdırılmış “Tərsinə çevrilən dünya” bədii filminin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyası ilə “Sədra-film” (İran) şirkətinin birgə istehsal etdiyi bu ekran əsərinin çəkilişləri Azərbaycanla yanaşı, İranda da aparılmışdır. Hər iki ölkəni təmsil edən aktyorların çəkildiyi filmin İranda da nümayiş olunması qərara alınmışdır.
“Tərsinə çevrilən dünya” Azərbaycan polisinin fəaliyyətinə həsr olunmuşdur. Süjetə görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulur.
Filmin quruluşçu rejissoru Ənvər Əbluc, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbov, icraçı prodüseri Adil Qulamovdur.
Əsas rollarda Rasim Balayev, Fuad Poladov, Məhəmmədrza Forutən, İlham Əsgərov, Natella Kərimova və başqaları çəkilmişlər.
Filim böyük maraqla qarşılanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var