REGİONLAR


Tərtər: cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla aparılır

Tərtər, 10 aprel, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2020-ci il aprelin 1-nə olan məlumata görə, rayonda 29 min 772 baş qaramal, 52 min 366 baş qoyun-keçi olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 1123 baş artıb. 2020-ci ilin ilk 3 ayı ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 798,2 ton ət, 5779,1 ton süd, 3310 min ədəd yumurta istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 0,3 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 0,3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2020-ci ilin ötən üç ayında 367 baş inək və düyə süni yolla mayalandırılıb, 256 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.