REGİONLAR
Tərtər kümçüləri bu günədək 12 min 615,6 kiloqram barama tədarük ediblər
Tərtər, 16 iyun, AZƏRTAC
Bu il Tərtər rayon kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdlarının bəslənməsində heç bir çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Hazırda rayonda barama tədarükü davam edir.
Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq kümçülərin yetişdirdikləri 12 min 615,6 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul olunub. Bu il rayon üzrə 15 tondan artıq barama istehsalı proqnozlaşdırılır.