ELM VƏ TƏHSİL


Tərtər məktəbliləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb

Bakı, 9 aprel, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) və Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Ağkənd kənd kitabxanasında şagird və müəllimlərlə görüş keçirilib. Görüşdə Tərtər rayonunun Cəmilli, Dəmirçilər və Bala Kəngərli kənd tam orta məktəblərinin şagirdləri və müəllimləri ilə yanaşı, DİM-in, rayon icra hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və kənd ziyalıları iştirak ediblər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə RİH-in başçısı Müstəqim Məmmədov və akademik Vaqif Abbasov çıxış ediblər. Həmçinin DİM-in Bərdə regional bölməsinin əməkdaşı tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Bundan əlavə, Ağkənd kənd kitabxanasına DİM-in yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də “Abituriyent” jurnalının xüsusi buraxılışları hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.