REGİONLAR


Tərtər pambıqçıları bu günədək 7817,51 ton məhsul toplayıblar

Tərtər, 7 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cari ilin məhsulu üçün 3300 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ən yüksək nəticə göstərən Tərtər pambıqçıları bu il də qabaqcıllar sırasındadırlar.

Tərtər rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 7817,51 ton məhsul toplanıb. Hər hektardan orta hesabla 23,68 sentner məhsul götürülüb. Tərtərli fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-yə təhvil verilir.

Keçən il 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.