REGİONLAR


Tərtər pambıqçıları indiyədək tarlalardan 10 min 505 ton məhsul toplayıblar

Tərtər pambıqçıları indiyədək tarlalardan 10 min 505 ton məhsul toplayıblar

Tərtər, 6 dekabr, AZƏRTAC

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 10 min 504,95 ton “ağ qızıl” toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində 3450,7 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Tərtərli fermerlər yetişdirdikləri məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Hər gün tarlalardan 200 tondan artıq pambıq tədarük olunur. Rayon üzrə pambığın orta məhsuldarlığı 30 sentnerdən yüksəkdir. Tərtər pambığın məhsuldarlığına görə respublikada bu il də qabaqcıl rayonlar sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.