REGİONLAR
Tərtər rayon məşğulluq mərkəzi tərəfindən 383 nəfər işə düzəlib
Tərtər, 13 sentyabr, AZƏRTAC
Tərtər rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin 8 ayı ərzində mərkəzə müraciət edən 903 nəfər iş axtarandan 383-ü, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 43 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, kommunal xidmət, yol istismar idarəsində işlə təmin olunublar. Bu dövrdə 43 nəfərə işsiz statusu verilib, 46 nəfərə müavinət ödənilib.
Hazırda rayonun 18 idarə və müəssisəsində 100 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə noyabr ayında növbəti “Əmək yarmarkası” keçiriləcək.