REGİONLAR


Tərtər rayonuna dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

Tərtər, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar artıq üç gündür ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ziyan dəymiş yaşayış məntəqələrində qiymətləndirmə işləri aparırlar.

Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, ilkin məlumata görə, Tərtər rayonunun 40 yaşayış məntəqəsində 2000-ə yaxın subyektə ziyan dəyib. Ola bilər ki, ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin sayı artsın. Tərtər rayonunda üç işçi qrup fəaliyyət göstərir. Noyabrın 13-də 60-dan çox obyektə baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Sərəncama əsasən qiymətləndirmə işləri dekabrın 10-dək yekunlaşmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.