REGİONLAR


Tərtər rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib

Tərtər, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilən yeni təcili tibbi yardım avtomobillərindən ikisi Tərtər rayonuna verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı avtomobillərə baxış keçirilib. Bildirilib ki, Azərbaycanda əhalinin sağlamlığına diqqətlə yanaşılır. Hər il respublikamızın bölgələrində yeni tibb müəssisələri tikilir və ya əsaslı təmir olunur. Səhiyyə sahəsinin maddi-texniki bazası yaxşılaşdırılır, müasir avadanlıqlarla təmin edilir. Prezident İlham Əliyevin tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən təcili tibbi yardım avtomobillərinin ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

Yeni “Fiat Doblo Maxi XL” markalı təcili tibbi yardım avtomobilinin gətirilməsi ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.