REGİONLAR


Tərtər rayonunda 1132,9 ton dən üçün qarğıdalı istehsal olunub

Tərtər, 24 sentyabr, AZƏRTAC

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri qarğıdalı yığımını başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yazda əkilmiş 223,5 hektar qarğıdalı sahəsindən 1132,9 ton məhsul toplanılıb. Hər hektarın məhsuldarlığı 50,7 sentnerdir. Bundan başqa, rayon ərazisində yem üçün yazda əkilmiş 40 hektar qarğıdalı sahəsinin də biçini başa çatıb, 4692 ton məhsul əldə edilib.

Tərtər rayonunda mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını təmin etmək üçün 407,6 hektarda təkrar qarğıdalı əkini aparılıb. Təkrar qarğıdalı əkini sahələrinin biçilməsi oktyabr ayında həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.