CƏMİYYƏT
Tərtər rayonunda partlamamış iki hərbi sursat aşkar edilib VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də beş ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 12 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində partlamamış iki hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissələri aşkarlanaraq götürülüb. Gün ərzində 51 min kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA-nın iyunun 8-də Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursat barədə açıqladığı hesabatda bildirilir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx, Ağdam rayonunun Qaradağlı kəndlərində ev və həyətyanı sahələrdə partlayış yerlərinə baxış keçirilib, 45 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 590 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. 1509 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.