CƏMİYYƏT


Tərtər rayonunda polis əməkdaşına qarşı zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 4 may, AZƏRTAC

Tərtər rayonunun Qaradağlı kəndi ərazisində rayon polis şöbəsinin əməkdaşına qarşı aprelin 30-da saat 12 radələrində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Tərtər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Mənsim Aslanovun rayonun Qaradağlı kəndi ərazisindəki komendant postundan icazəsiz keçməyə cəhd göstərərkən həmin postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmadığı və idarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb onu vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyi müəyyən olunub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.