CƏMİYYƏT
Tərtər sakinindən bir kiloqramdan çox marixuana götürülüb
Bakı, 30 sentyabr, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mamırlı kəndi ərazisindəki kafedə kənd sakini Ə.Həsənovdan 11 qramdan çox, kafedən isə 48 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Həsənovun atasına məxsus həyətyanı sahədən 1 kiloqramdan artıq marixuana aşkarlanıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri R.Rüstəmovdan 470 qram, E. Əliməmmədovdan isə 460 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.