CƏMİYYƏT
Tərtər şəhər sakininin yaşadığı evdən ov tüfəngi götürülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini S.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.