REGİONLAR


Tərtər taxılçıları bu günədək 9830,7 ton məhsul yığıblar

Tərtər, 16 iyun, AZƏRTAC

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini davam etdirirlər. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 8800,2 hektar sahədə taxıl bitkiləri becərilib. Onun da 5295 hektarı buğda, 3505,2 hektarı dən üçün arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib.

Havaların əlverişli keçməsindən istifadə edən Tərtər taxılçıları artıq 2567,5 hektar arpa sahəsində biçin aparıblar. Zəmilərdən 1146,4 ton buğda, 8684,3 ton arpa olmaqla 9830,7 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 38,3 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.