REGİONLAR


Tərtərdə 142 hektardan çox sahədə payızlıq bitkilər səpilib

Tərtər, 4 oktyabr, AZƏRTAC

Tərtər rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Tərtər rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 4748 hektar sahədə payızlıq şum qaldırılıb. 142,7 hektar sahədə payızlıq bitkilər, o cümlədən 38 hektarda dən üçün arpa, 54 hektarda yaşıl yem üçün xəsil arpa və 50,7 hektarda təzə yonca səpilib. Bundan başqa dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 259,1 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkinlərin 41,2 hektarı dən üçün qarğıdalı, 116 hektarı yem üçün sorqo, 72,4 hektarı tərəvəz bitkiləri, 13 hektarı darı, 2 hektar kartof, 1,5 hektar lobya, 13 hektarı günəbaxandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.