REGİONLAR


Tərtərdə “20 Yanvar – qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib

Tərtər, 19 yanvar, AZƏRTAC

Tərtər rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar – qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun 26 ümumtəhsil məktəbinin şagirdləri iştirak edib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən geniş bəhs edib. Bildirib ki, bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Sonra müsabiqənin nəticəsini müəyyən etmək üçün çəkilmiş rəsmlərə baxış keçirilib. Müsabiqənin qalibləri müəyyən edilərək diplomlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.